PSJ-nin sahibi "Malaqa"nı alır

Xəbərlər
28 Mart 2025 00:54
54
PSJ-nin sahibi "Malaqa"nı alır

PSJ-nin sahibi Nasser Al-Xelaifi İspaniyanın "Malaqa" klubunu ala bilər.

İdman.biz xəbər verir ki, onun rəhbərlik etdiyi Qatar Sports Investments (QSI) şirkəti bu istiqamətdə danışıqlara start verib.

Malaqa təmsilçisinin səhmlərinin 49 faizi "Bluebay" daşınmaz əmlak şirkətinə və qalan hissəsi qətərli biznesmen Abdullah Al Taniyə məxsusdur. Sövdələşmənin dəyərinin 100 milyon avro olması gözlənilir.

Qeyd edək ki, "Malaqa" 2017/2018 mövsümündə İspaniyanın 2-ci Liqasında mübarizə aparır. Komanda cari mövsümdə 32 turdan sonra 42 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.biz