"Bavariya" ilə Tomas Müller arasında davam edən danışıqlar yekunlaşıb.
İdman.biz xəbər verir ki, 35 yaşlı futbolçu mövsümün sonunda komandanı tərk edəcək.
Tərəflər bu ilin iyununda bitəcək razılaşmanın artırılmamasına qərar veriblər. 2000-ci ildən "Bavariya"nın futbolç sistemində olan Müller bir çox rekordlara imza atıb. O, komandanın formasını 741 dəfə geyinib. Tomas bu görüşlərə 247 qol vurub, 273 ötürmə verib.
Qeyd edək ki, Müller "Bavariya"nın heyətində 12 dəfə Almaniya çempionu olub, 7 dəfə ölkə kubokunu, 8 dəfə isə Superkubokunu qazanıb. O, iki dəfə Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
İdman.biz