"Mançester Siti" "Ayntraxt"dan daha bir futbolçu transfer edə bilər.
İdman.biz xəbər verir ki, "şəhərlilər" Huqo Larssonla maraqlanırlar.
20 yaşlı yarımmüdafiəçi "Arsenal", "Liverpul" və "Tottenhem"in də diqqət mərkəzinə düşüb. Almaniya mətbuatı Frankfurt təmsilçisinin isveçli futbolçunu 60 milyon avrodan ucuz satmaq niyyətində olmadığını bildirib. Qışda "Ayntraxt"dan Omar Marmuşu transfer edən "Mançester Siti" Larssonu heyətinə cəlb etməyə yaxın olduğunu vurğulanıb.
Qeyd edək ki, Huqonun komandası ilə 2029-cu ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 37 matçda 6 qol vurub, 1 ötürmə verib.
İdman.biz