İsveç yığmasının futbolçusu Kristoffer Olsson peşəkar karyerasını başa vurub.
İdman.biz xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi uzun sürən xəstəlikdən sonra bu addımı atıb.
O, beyin nahiyəsindəki problem üzündən uzun müddət süni aparata qoşulub. Olsson ötən ilin fevralında evdə yıxılaraq başından zədələnib. "Midtyullan"da çıxış edən futbolçuda qeyri-adi rastlanan xəstəlik müşahidə olunub və uzun müddət müalicə alması tələb olunur.
Qeyd edək ki, Kristoffer 47 dəfə İsveç yığmasının şərəfini qoruyub. O, AİK (İsveç), "Krasnodar" (Rusiya) və "Anderlext" (Belçika) kimi klublarda oynayıb.
İdman.biz