Hakan Çalhanoğlu "Mançester Yunayted"in hədəfində

Xəbərlər
31 Mart 2025 22:18
53
Hakan Çalhanoğlu "Mançester Yunayted"in hədəfində

"Mançester Yunayted" türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə maraqlanır.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" yayda bununla bağlı "İnter"lə və futbolçu ilə danışıqlar aparmağı planlaşdırırlar.

Komandanın baş məşqçisi Ruben Amorim Hakanın oyun üslubunu çox bəyənir. 31 yaşındakı futbolçu "Mançester Yunayted"in əsas transfer hədəfi olacaq. Türkiyə yığmasının kapitanı ötən yayda "Bavariya"nın təklifini qəbul etməmişdi.

Qeyd edək ki, Çalhanoğlu bu mövsümdə "İnter"in heyətində 33 oyunda 9 qol və 4 ötürmə ilə yadda qalıb.

İdman.biz