Duşan Vlahoviç daha bir ingilis klubunun maraq dairəsinə düşüb.
İdman.biz xəbər verir ki, serbiyalı forvard yayda "Aston Villa"ya keçə bilər.
25 yaşlı forvard "Yuventus"u tərk etmək arzusundadır. Onunla əvvəllər "Mançester Yunayted" və "Çelsi"nin maraqlandığı xəbərləri yayılmışdı. "Aston Villa" da bu mübarizəyə qoşulub. İtaliya mətbuatı "Yuventus"un Duşanı 40 milyon avroya sata biləcəyini yazıb. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək.
Qeyd edək ki, Vlahoviç bu mövsümdə 35 oyunda 14 qol və 3 ötürmə ilə yadda qalıb. Serbiyalı futbolçu 2022-ci ildə "Fiorentina"dan 83,5 milyon avroya transfer olunub.
İdman.biz