Harri Keyn iddiaları təkzib edib

Xəbərlər
1 Aprel 2025 19:39
43
Harri Keyn iddiaları təkzib edib

Təcrübəli hücumçu Harri Keyn mövsümün sonunda İngiltərəyə dönəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

İdman.biz xəbər verir ki, o, "Bavariya"da özünü xoşbəxt hiss etdiyini deyib.

Bir neçə gün əvvəl 33 yaşlı forvardın "Liverpul"a keçmə ehtimalının yüksək olduğu bildirilib. Keyn bu şayiələrin haradan yarandığına təəccübləndiyini və Münhen klubunda özünü xoşbəxt hiss etdiyini vurğulayıb.

Qeyd edək ki, Harrinin "Bavariya" ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 38 oyunda 33 qol və 12 ötürmə ilə yadda qalıb.

İdman.biz