Səudiyyə Ərərbistanında Mohammed Salahın yayda bu ölkənin çempionatında oynayacağına ümid edirlər.
İdman.biz xəbər verir ki, bu barədə İngiltərənin The Telegraph nəşri məlumat yayıb.
"Liverpul"da çıxış edən misirli hücumçunun "Əl-Hilla"a keçəcəyi gözlənilir. Amma Salahın yayda təşkil olunacaq klublararası dünya çempionatından sonra bu addımı atacağı bildirilib. 32 yaşlı futbolçunun ABŞ-da keçiriləcək turnirdə "qırmızılar"a kömək edəcəyi vurğulanıb.
Qeyd edək ki, Salah "Liverpul"la bu yayda başa çatacaq müqavilə müddətinin artırılması istiqamətində danışıqları davam etdirir. O, bu mövsümdə 43 oyunda 32 qol və 22 ötürmə ilə yadda qalıb.
İdman.biz