İngiltərədə offsayd zamanı yarımavtomatik sistem tətbiq olunacaq

Xəbərlər
1 Aprel 2025 20:50
43
İngiltərədə offsayd zamanı yarımavtomatik sistem tətbiq olunacaq

İngiltərə Premyer Liqasında oyundan kənar vəziyyətin müəyyənləşdirilməsi üçün yarımavtomatik sistemdən istifadə olunacaq.

İdman.biz xəbər verir ki, bu barədə İngiltərə mətbuatında məlumat yer alıb.

Yeni sistemə aprelin 12-də liqanın 32-ci turundan etibarən start veriləcək. Offsayd zaman yarımavtomatik sistemdən artıq İngiltərədə istifadə olunur. 2024/2025 mövsümündə İngiltərə kubokunun 5-ci mərhələsindən etibarən tətbiq olunmağa başlayıb.

İdman.biz