"Sampdoriya" Andrea Pirlonu niyə geri qaytarır?

Xəbərlər
1 Aprel 2025 23:16
33
"Sampdoriya" Andrea Pirlonu niyə geri qaytarır?

Andrea Pirlo yenidən "Sampdoriya"nın baş məşqçisi təyin oluna bilər.

İdman.biz xəbər verir ki, 45 yaşlı mütəxəssis ötən il avqustunda istefaya göndərilib.

Genuya təmsilçisinin B seriyasında işləri qaydasında getmir. Komanda son 6 görüşdə 4 dəfə heç-heçə oynayıb, 2 dəfə uduzub. 31 turdan sonra 32 xal toplayan "Sampdoriya" 17-ci pillədə qərarlaşıb. Genuyaylılar Seriyadakı mövqelərini qorumaq üçün 15-ci pillədə yer almalıdır. Reqlamentə görə, 16-17-ci yeri tutan komandalar C Seriyası təmsilçiləri ilə pley-offda qarşılaşacaq, 18-20-ci tutanlar isə liqanı tərk edəcəklər.

Qeyd edək ki, Pirlo ilə yanaşı Cuzeppe Yakini və Aurelio Andreatsoli "Sampdoriya"nın baş məşqçi vəzifəsinə namizəddir.

İdman.biz