Türkiyə kubokunda 1/4 final mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, "Konyaspor" öz meydanında "İskenderunspor"u qəbul edib.
Bir oyundan ibarət mərhələnin ilk cütündə qalib Konya klubu olub. "Ağ-yaşıllar" doğma azarkeşlər qarşısında 3:0 hesabı ilə qalib gəliblər. Umut Nayır fasiləyə kimi penaltidən istifadə edə bilməsə də, ikinci hissədə hesabı açıb. Sonra daha iki qol vuran "Konyaspor" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, mərhələnin digər cütlərində “Trabzonspor” – “Bodrum”, "Fənərbaxça” – “Qalatasaray” və “Beşiktaş” – “Göztəpə” oyunları keçiriləcək.
İdman.biz