Şərti cəza alan futbolçu İranda oynayacaq

Xəbərlər
2 Aprel 2025 00:17
34
Şərti cəza alan futbolçu İranda oynayacaq

Fransalı hücumçu Vissam Ben Yedder İranda oynayacaq.

İdman.biz xəbər verir ki, 34 yaşlı hücumçu "Sepahan"la müqavilə imzalayıb.

Ben Yadder ötən ilin payızında cinsi təcavüzdə təqsirli bilindiyindən 2 il şərti azadlıqdan məhrum edilib. Nəticədə Vissam 10 aydan çoxdur ki, futboldan uzaq düşüb. O, İrana yollanmaqla yenidən əvvəlki idman formasını bərpa etmək istəyir.

Qeyd edək ki, Fransa millisinin sabiq futbolçusu 2023/24 mövsümündə "Monako"nun heyətində Liqa 1-də 32 oyunda 16 qol vurub.

İdman.biz