"Bayer" 3-cü liqa təmsilçisinə uduzub

Xəbərlər
2 Aprel 2025 01:07
84
"Bayer" 3-cü liqa təmsilçisinə uduzub

Almaniya kubokunda yarımfinalın ilk oyunu keçirilib.

İdman.biz xəbər verir ki, turnirin son qalibi səfərdə "Arminia"nın qonağı olub.

"Bayer" 3-cü Bundesliqa təmsilçisi ilə görüşə erkən qolla start versə də, meydan sahibləri fasiləyə kimi hesabda önə keçiblər. İkinci hissə Xabi Alonsonun komandasının üstünlüyü ilə keçsə də, rəqib komandanın qapısına yol tapa bilməyiblər. "Arminia" böyük sürprizə imza ataraq, son çempion və kubokun qalibini mübarizədən kənarlaşıdrıb.

Almaniya kuboku
Yarımfinal

22:45. "Arminia" - "Bayer" - 2:1
Qollar: Vorl, 20. Qrosser, 45+3 - Tah, 17

İdman.biz