MSN dünyanın ən yaxşı hücum xətti seçilib - Top-10

Xəbərlər
8 Aprel 2025 01:39
23
MSN dünyanın ən yaxşı hücum xətti seçilib - Top-10

XXI əsrin Avropanın ən yaxşı hücum xətləri bəlli olub.

İdman.biz xəbər verir ki, Goal nəşrinin versiyasına görə "Barselona"nın üçlüyü ilk pillədə qərarlaşıb.

Lionel Messi, Luis Suares və Neymardan ibarət hücum xətti ən güclü hesab olunub. Kataloniya klubu bu futbolçuların uğurlu çıxışı sayəsində 2015-ci ili 6 kubokla başa vurub.

Avropanın ən güclü hücum xətləri:

1. Lionel Messi, Luis Suares və Neymar ("Barselona")
2. Kərim Benzema, Qaret Beyl və Kriştiano Ronaldo "(Real")
3. Tyerri Anri, Samuel Eto və Lionel Messi ("Barselona")
4. Kriştiano Ronaldo, Karlos Teves və Ueyn Runi ("Mançester Yunayted")
5. Mohamed Salah, Roberto Firmino və Sadio Mane ("Liverpul")
6. Robert Pires, Dennis Berqkamp və Tyerri Anri ("Arsenal")
7. Kilian Mbappe, Edinson Kavani və Neymar (PSJ)
8. Pedro Rodriqes, Eden Azar və Dieqo Kosta (“Çelsi”)
9. Mario Götze, Robert Levandovski və Marko Roys (“Borussiya" D)
10. Hulk, Radamel Falkao və Silvestre Varela ("Portu").