"Liverpul" və "Çelsi"nin keçmiş futbolçusunun evinə qumbara atılıb

Xəbərlər
8 Aprel 2025 20:17
73
"Liverpul" və "Çelsi"nin keçmiş futbolçusunun evinə qumbara atılıb

"Liverpul" və "Çelsi"nin keçmiş futbolçusu Yossi Benayunun evinə əl qumbarası atılıb.

İdman.biz xəbər verir ki, hadisə bazar günü axsam saatlarında Təl-Əvivdə baş verib.

İsrailli veteran futbolçu ailəsi ilə evdə istirahət edərkən naməlum şəxslər onun qapısının önünə partlayıcı atıblar. Nəticədə yanğın çıxıb və tezliklə onu söndürmək mümkün olub. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Benayun onu kiminləsə səhv saldıqlarını bildirib.

Qeyd edək ki, Yossi İsrail yığmasının heyətində 102 oyunda 24 qol vurub.

İdman.biz