De Bruynenin yerinə iki namizəd

Xəbərlər
8 Aprel 2025 23:34
67
De Bruynenin yerinə iki namizəd

"Mançester Siti" Kevin De Bruyneni əvəz edə biləcək futbolçuları tapıb.

İdman.biz xəbər ki, o, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

"Şəhərlilər" onu "Bayer"də çıxış edən Florian Virts və "Nottingem Forest"in futbolçusu Morqan Gibbs-Uaytla əvəzləməyi planlaşdırıblar. Komandanın baş məşqçisi Xosep Qvardiola onların namizədliyini təsdiqləyib.

Qeyd edək ki, Virts bu mövsümdə bütün turnirlərdə 39 matçda 15 qol və 13 ötürmə, Gibbs-Uayt 30 qarşılaşmada 5 qol, 9 ötürmə ilə yadda qalıb.

İdman.biz