"Fənərbaxça"nın Kostiç planı - 4 milyon avro

Xəbərlər
9 Aprel 2025 19:21
52
"Fənərbaxça"nın Kostiç planı - 4 milyon avro

"Fənərbaxça" komandada icarə əsasında çıxış edən Filip Kostiçin transferini həyata keçirmək arzusundadır.

İdman.biz xəbər verir ki, İstanbul klubu bununla bağlı "Yuventus"la danışıqlara başlayıb.

Turin klubu da serbiyalı yarımmüdafiəçi yollarını ayırmağı planlaşdırıb. İtaliya mətbuatı "Fənərbaxça"nın 4 milyon avro qarşılığında Kostiçin transferini həyata keçirəcəyini yazıb. 33 yaşlı futbolçu ilə 2+1 illik müqavilə müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Filip "sarı-lacivərdli" formada 29 oyunda iki qol vurub, yeddi ötürmə verib.

İdman.biz