Kriştiano Ronaldu kinostudiya yaradıb

Xəbərlər
10 Aprel 2025 18:37
61
Kriştiano Ronaldu kinostudiya yaradıb

Kriştiano Ronaldu kinorejissor Mettyu Vonla UR•Marv kinostudiyasını təşkil edib.

İdman.biz xəbər verir ki, bu barədə portuqaliyalı ulduz müsahibəsində deyib.

"Bu, mənim üçün maraqlı bir mərhələdir, çünki biznesdə yeni başlanğıcları səbirsizliklə gözləyirəm" - deyə Ronaldu bildirib.

Kinorejissor Von da əməkdaşlıqla bağlı açıqlama verib: "Kristiano futboldan heç vaxt yaza bilmədiyim hekayələr yaradır. Onunla ruhlandırıcı filmlər çəkməyi səbirsizliklə gözləyirəm. O, əsl superqəhrəmandır".

Qeyd edək ki, UR•MARV əməkdaşlığı sayəsində Ronaldu və Von iki döyüş filmini maliyyələşdirib. Onlar üçüncü filmin çəkilişlərinə başlamağa hazırlaşırlar.

İdman.biz