"Barselona"nın rəhbərliyi baş məşqçi Hans-Diter Fliklə yeni müqavilənin detallarını müzakirə ediblər.
İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.
Görüşdə klubun prezidenti Joan Laporta, idman direktoru Deku və almaniyalı mütəxəssislə onun agenti Pini Zahavi iştirak ediblər. Kataloniya təmsilçisinin Flikin işindən razı qalındığı bildirilib və əməkdaşlığın daha bir mövsümlük uzadılması təklif olunub. Yeni müqavilə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Barselona" 30 turdan sonra La Liqada 67 xalla ən yaxın izləyicisi "Real"ı 4 xal qabaqlayır. Komanda dünən Çempionlar Liqasının 1/4 finalının ilk matçında "Borussiya"nın qapısından 4 cavabsız top keçirib. Bundan başqa, kataloniyalılar Kral kubokunda finala yüksəliblər. Həlledici oyunda rəqib "Real" olacaq.
İdman.biz