"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə Premyer Liqasında bu mövsümdə 4-cü məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, braziliyalı qolkiper 32-ci turda "Kristal Pelas" (5:2) qarşılaşmada asistlə edib.
Bu, Edersonun İngiltərə çempionatları tarixində 7-ci ötürməsi olub. Daha əvvəl Premyer Liqada heç bir qapıçı ikidən artıq asistentlə yadda qalmayıb.
Qeyd edək ki, 31 yaşlı qapıçı bu mövsümdə 32 oyunda komandanın qapısını qoruyub. Onun "Mançester Siti" ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.
İdman.biz