"Beşiktaş"ın bu gün keçirilən Direktorlar Şurasının iclasında dava düşüb.
İdman.biz xəbər verir ki, hadisə qurumun rəhbəri Tevfik Yamantürklə klubun keçmiş prezidenti Hasan Arat arasında yaşanıb.
Aratın çıxışı zamanı zaldakılarla onun arasında söz atışması olub. Bu zaman məsələyə müdaxilə edən Yamantürklə keçmiş prezident arasında da dialoq yaşanıb. Nəticədə Direktorlar Şurasının rəhbəri Arata yumruqla zərbə endirib.
Qeyd edək ki, baş verən hadisədən sonra toplantı təxirə salınıb.
İdman.biz