Ronaldonun dublu "Əl-Nəsr"ə qələbə qazandırıb - VİDEO

Xəbərlər
13 Aprel 2025 01:42
53
Ronaldonun dublu "Əl-Nəsr"ə qələbə qazandırıb - VİDEO

Kriştano Ronaldo karyerasının 932-ci və 933-cü qollarını vurub.

İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz "Əl-Nəsr"in heyətində Səudiyyə Ərəbıstanı çempionatında fərqlənib.

O, 27-ci turda "Ə-Riyad" üzərində qazanılan 2:1 hesablı qələbədə böyük pay sahibi olub. Kriştiano 56-cı və 64-cü dəqiqələrdə dubl edib. Bu qələbədən sonra "Əl-Nəsr" 57 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ronaldo 136 dəfə Portuqaliya yığmasında, 797 dəfə isə çıxış etdiyi klubların heyətində fərqlənib.

İdman.biz