"Real" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Xəbərlər
14 Aprel 2025 19:42
52
"Real" argentinalı yarımmüdafiəçi ilə maraqlanır

Argentinalı yarımmüdafiəçi Aleksis Makalister "Real"ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, o, Madrid klubunda karyerasının sonunu yaşayan Luka Modriçin əvəzləyə bilər.

Amma futbolçunun atası açıqlamasında Aleksisin "Liverpul"da xoşbəxt olduğunu bildirib. Buna baxmayaraq, 26 yaşlı futbolçunun Mançesterdə yaşaması onun sərfəli təkliflərə yox deməyəcəyi ehtimallarını meydana çıxarıb.

Qeyd edək ki, Makalister bu mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə 45 oyunda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz