Xorvatiya millisinin futbolçusu Luka Modriç İngiltərədə futbol klubu alacaq.
İdman.biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Real"da çıxış edən təcrübəli yarımmüdafiəçi Çempionşip təmsilçisi "Suonsi Siti"nin səhmlərinin bir hissəsini sahib olacaq. Modriç bir neçə nəfərlə Uels təmsilçinin əvvəlki səhmdarlardan geri aldığı səhm paketini əldə edəcək.
Qeyd edək ki, "Suonsi Siti" hazırda Çempionşipdə 42 oyundan sonra 54 xalla 12-ci pillədə qərarlaşıb.
İdman.biz