Tanınmış hücumçu 11-ci mərtəbədən düşərək dünyasını dəyişib

Xəbərlər
16 Aprel 2025 20:20
170
Tanınmış hücumçu 11-ci mərtəbədən düşərək dünyasını dəyişib

Türkiyə çempionatının bombardiri olmuş Aaron Bupendza Çində bədbəxt hadisə nəticəsində ölüb.

İdman.biz xəbər verir ki, Qabon yığmasının hücumçusu binanın 11-ci mərtəbəsindən düşərək dünyasını dəyişib.

Çinin ''Jeylanq''ın çıxış edən Bupendzadan xəbər alan bilməyən klub rəsmiləri polisə müraciət edib. İlkin ehtimala görə Bupendza özünü 11-ci mərtəbədən atıb. Əldə edilən məlumatlara görə ölümündən əvvəl futbolçunun evinə onun qardaşı gəlib. Onlar arasında bəlli olmayan bir səbəb üzündən münaqişə yaşandığı ehtimal olunur.

Qeyd edək ki, Aaron ''Hatayspor''la yanaşı Fransa, Portuqaliya, Rumıniya, ABŞ, Qətər və Səudiyyə Ərəbistanı klublarında çıxış edib. O, yanvardan karyerasını Çində davam etdirirdi.

İdman.biz