"Mançester Siti" almaniyalı futbolçu Florian Virtsə 150 milyon ödəməyə hazırdır.
İdman.biz xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
"Bayer"də çıxış edən 22 yaşlı yarımmüdafiəçinin özünə 25 milyon avro təklif olunacaq. "Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Virtsə yayda komandanı tərk edəcək Kevin De Bruynenin əvəzedicisi kimi baxır. Gənc ulduzla "Bavariya" və "Real" kimi klublar da maraqlanır.
Qeyd edək ki, Florianın Leverkuzen klubu ilə 2028-ci ilin yayına kimi müqaviləsi var. Onun müqaviləsində 125 milyon avro sərbəst qalma maddəsi var. Virts bu mövsümdə 26 matçda 9 qol və 10 ötürmə ilə yadda qalıb.
İdman.biz