Çempionlar Liqasında yarımfinal cütləri bəlli olub

Xəbərlər
17 Aprel 2025 01:10
518
Çempionlar Liqasında yarımfinal cütləri bəlli olub

Çempionlar Liqasında son iki yarımfinalçının adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, "İnter" və "Arsenal" bu hüququ əldə ediblər.

Bir gün əvvəl isə "Barselona" və PSJ yarımfinala vəsiqə qazanmışdı. Püşkün nəticəsinə görə, "Barselona" "İnter"lə, "Arsenal" isə PSJ ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, 1/2 finalın ilk oyunları aprelin 29-30-da, cavab matçları isə mayın 6-7-də keçiriləcək.

Çempionlar Liqası
Yarımfinal
29/30 aprel - 6/7 may

"Barselona" - "İnter"
"Arsenal" - PSJ

İdman.biz