Türkiyə kubokunda 2024/2025 mövsümünün final matçının keçiriləcəyi məkan və vaxt dəqiqləşib.
İdman.biz xəbər ki, turnirin həlledici oyunu mayın 14-də Eskişəhərdə təşkil olunacaq.
Eskişəhər Yeni Stadionunda baş tutacaq qarşılaşma saat 21:45-də start götürəcək.
Qeyd edək ki, kubokun yarımfinalında "Qalatasaray" "Konyaspor"la, "Trabzonspor" "Göztəpə" ilə üz-üzə gələcək.
İdman.biz