Çempionlar Liqasının ən çox qazananları - PSJ ilk pillədə

Xəbərlər
17 Aprel 2025 18:43
210
Çempionlar Liqasının ən çox qazananları - PSJ ilk pillədə

Çempionlar Liqasında 1/4 final mərhələsi başa çatdıqdan sonra ən çox qazanan klubların siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, 119,4 milyon avro gəlirlə PSJ ilk pillədə qərarlaşıb.

Football Meets Data-nın hesablamalarına görə, "İnter" və "Arsenal" növbəti yerləri tuturlar. Digər yarımfinalçı "Barselona" 4-cüdür.

Qeyd edək, yarımfinalda "Arsenal" PSJ ilə, "Barselona" isə "İnter"lə qarşılaşacaq.

Çempionlar Liqasında ən çox qaznan 10 klub:

PSJ — 119, 4 milyon avro
"İnter" — 118,1 milyon avro
"Arsenal" — 117 milyon avro
"Barselona" — 116,6 milyon avro
"Bavariya" — 105,9 milyon avro
"Borussiya" D — 102,2 milyon avro
"Real" — 101,8 milyon avro
"Liverpul" — 98,1 milyon avro
"Bayer" — 87,1 milyon avro
"Atletiko" — 84,9 milyon avro

İdman.biz