"Liverpul" Virgil van Deyklə müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, tərəflər arasında yenu razılaşma iki illik nəzərdə tutulub.
Niderlandlı müdafiəçi 2027-ci ilin sonuna kimi "Liverpul"da çıxış edəcək. O, əvvəlki kimi həftəyə 400 min funt sterlinq qazanacaq. Van Deykin əldə olunan uğurlar sayəsində bonusların əldə etməsi mümkündür.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2024/2025 mövsümündə 44 oyunda 4 qol vurub, 1 ötürmə edib.
İdman.biz