"Əl-Nəsr" İngiltərə Premyer Liqasından daha bir futbolçunu transfer etmək istəyir.
İdman.biz xəbər verir ki, ərəblərin "Çelsi"də çıxış edən Moyzes Kaysedoya 116 milyon avro ödəmək istədikləri bildirilib.
23 yaşındakı yarımmüdafiəçi 2023/2024 mövsümündə rekord məbləğə "Brayton"dan "Çelsi"yə transfer olunub. Evkadorlu futbolçuya görə 115 milyon funt ödəyən londonluların ondan asanlıqla imtina edəcəyi gözlənilmir. Kaysedo bu mövsümdə komandanın heyətində 37 oyunda bir qol və üç ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Əl-Nəsr" yayda 77 milyon avroya "Aston Villa"dan Con Duranı transfer edib.
İdman.biz