Qrizmannla "Atletiko" arasında yeni razılıq

Xəbərlər
17 Aprel 2025 21:51
92
Qrizmannla "Atletiko" arasında yeni razılıq

Antuan Qrizmann "Atletiko" ilə yeni müqavilə imzalayacaq.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyadə mətbuatında məlumat yayılıb.

34 yaşlı fransalı hücumçu Madrid klubu ilə 2027-ci ilin yayına kimi razılıq əldə edib. Qrizmannın komanda ilə aktiv olan müqaviləsi bir il müddətinə uzaldılacaq. O, ABŞ MLS-dən təklif alsa da, "Atletiko"da qalmaq qərarına gəlib.

Qeyd edək ki, təcrübəli oyunçu mövsümdə 46 oyunda 16 qol vurub və 7 ötürmə verib.

İdman.biz