"Yuventus"un Sandro Tonali planı

Xəbərlər
17 Aprel 2025 23:29
57
"Yuventus"un Sandro Tonali planı

"Yuventus" İtaliya yığmasının yarımmüdafiəçisi Sandro Tonalini transfer etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, Turin klubu onun çıxış etdiyi "Nyukasl"la danışıqlar aparacaq.

İngiltərə təmsilçisinin Tonalini 60-70 milyon avroya satmağı hədəflədiyi bildirilib. Əgər danışırlar uğurla başa çatarsa, Sandro növbəti mövsümə "Yuventus"da star verəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçunun "Nyukasl"la 2028-ci ilin yayına kimi müqaviləsi var. O, bu mövsümdə 29 oyunda 5 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz