UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub.
İdman.biz xəbər verir ki, "Mançester Yunayted" 1/4 finalda gərgin mübarizədə "Lion"u mübarizədən kənarlaşdırıb.
"Qırmız şeytanlar" 1/2 finalda "Atletik"ə rəqib olublar. Digər cütdə isə "Tottenhem" və "Bodo Qlimt" münasibətlərini aydınlaşdıracaqlar.
Qeyd edək ki, yarımfinalın ilk görüşləri mayın 1-də təşkil olunacaq. Cavab matçları ayın 8-də keçiriləcək.
Avropa Liqası
Yarımfinal
1-8 may
"Tottenhem" - "Bodo Qlimt"
"Atletik" - "Mançester Yunayted"
İdman.biz