Aaron Remzi "Kardiff"in xilaskarı rolunda - o məşqçilik də edəcək

Xəbərlər
19 Aprel 2025 18:20
96
Aaron Remzi "Kardiff"in xilaskarı rolunda - o məşqçilik də edəcək

Aaron Remzi məşqçi karyerasına start verib.

İdman.biz xəbər verir ki, o, "Kardiff"də oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Uels təmsilçisi İngiltərə Çempionşipdə qalmaq uğrunda mübarizə aparır. Komanda baş məşqçi Omer Rza ilə yollarını ayırıb. Buna səbəb onların son 5 oyunda qələbə qazana bilməməsidir. Nəticədə "Kardiff"in mövsümün qalan 3 oyununda baş məşqçisi Remzi olacaq.

Qeyd edək ki, kardifflilər turnir cədvəlində 43 oyundan sonra 42 xalla 23-ci pillədə qərarlaşıb. İki gün sonra "Oksford"la qarşılaşacaq komandanı 21-ci pillədən cəmi 1 xal ayırır.

İdman.biz