"Nyukasl" yayda komandanı tərk etməsi gözlənilən Aleksandr İsaka əvəzedici axtarır.
İdman.biz xəbər verir ki, "sağsağanlar" "Yuventus"da oynayan serbiyalı forvard Duşan Vlahoviçlə maraqlanırlar.
İsak bu mövsümdə göstərdiyi oyunla İngiltərənin aparıcı klublarının hədəfinə düşüb. Onun "Liverpul"a keçməsi gözlənilir. Əgər bu keçid baş tutarsa, "Nyukasl" Vlahoviçi heyətinə cəlb edəcək.
Qeyd edək ki, Duşanın "Yuventus"la müqaviləsi 2026-cı ilin yayında bitəcək. Turin klubu onunla yollarını ayırmağa qarşı deyil. Vlahoviç bu mövsümdə 37 oyunda 14 qol və 3 ötürmə ilə yadda qalıb.
İdman.biz