Lukas Torreyra karyerasını "Qalatasaray"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, uruqvaylı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.
İstanbul klubu 29 yaşlı futbolçu ilə danışıqları yekunlaşdırıb. Tərəflər mövsümün sonunda başa çatacaq müqaviləni daha 3 il uzadacaqlar. Lukas bu mövsümdə meydana çıxdığı 42 oyunda 3 qol və 7 ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Torreyra 3 ildir "Qalatasaray"ın formasını geyinir. O, komandanın heyətində iki dəfə Türkiyə çempionu titulunu qazanıb.
İdman.biz