Premyer Liqaya yüksələn iki komanda bəlli olub

Xəbərlər
21 Aprel 2025 23:10
46
Premyer Liqaya yüksələn iki komanda bəlli olub

2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında çıxış edəcək iki klubun adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, "Lids" və "Bernli" bu hüququ əldə ediblər.

Onlar Çempionşipin 44-cü turunu qələbə ilə başa vuraraq, vacib vəzifənin öhdəsindən gəliblər. Hər iki komandanın hesabında 94 xal var və ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar.

Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanacaq 3-cü klubun adı 3-6-cı yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra bəlli olacaq.

İdman.biz