Niderland kubokunda sürpriz qalib - VİDEO

Xəbərlər
21 Aprel 2025 23:34
40
Niderland kubokunda sürpriz qalib - VİDEO

Niderland kubokunda 2024/2025 mövsümünün final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici oyunda "Alkmaar" və "Qou Ehed İqlz" üz-üzə gəlib.

Rotterdamda keçirilən qarşılaşmada hesabı açan "Alkmaar" qələbə qazanmağa çox yaxın olsa da, rəqib komanda 90+9-cu dəqiqədə hesabı bərabərləşdirib. Nəticədə qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan "Qou Ehed İqlz" tarixində ən böyük uğurunu imza ataraq, ilk titula sahib çıxıb.

Bu qələbə "Qou Ehed İqlz"i Avropa Liqasına yüksəldib.

Niderland kuboku
Final

20:00. "Alkmaar" - "Qou Ehed İqlz" - 1:1, pen. 2:4

İdman.biz