Braziliya yığmasının Karlo Ançelottiyə təklif etdiyi maaş məlum olub.
İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis "Real"da qazandığı qədər məvacib əldə edə bilər.
Braziliya Futbol Konfederasiyası (CBF) Ançelotti ilə əməkdaşlıq etmək üçün bütün variantlardan istifadə edir. Növbəti 10 gündə tərəflərin yekun qərar verməsi gözlənilir. Əgər danışıqlar uğurla başa çatarsa Karlo yığma məşqçiləri arasında ən çox qazanacaq. Mövsümü heç də uğurlu keçirməyən "Real"ın təcrübəli mütəxəssislə yollarını ayıracağı xəbərlər son günlər daha da çoxalıb.
Qeyd edək ki, Braziliya yığmasının portuqaliyalı mütəxəssis Jorje Jezuşla da maraqlandığı bildirilib.
İdman.biz