"Barselona" baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə imzalayacaq.
İdman.biz xəbər verir ki, tərəflər 2026-cı ilin yayında bitəcək razılaşmanı daha bir mövsüm uzadacaqlar.
Almaniyalı mütəxəssin klub rəhbərliyi ilə apardığı danışıqlar yekunlaşıb. Mövsümün əvvəlində komandanın baş məşqçisi təyin olunan Flikin işi onları razı salıb. Tərəflər mövsümün sonunda yeni müqavilə imzalayacaqlar.
Qeyd edək ki, "Barselona" hazırki mövsümdə La Liqada liderlik mövqeyində qərarlaşıb. Komanda Çempionlar Liqasında yarımfinala, ölkə kubokunda isə finala vəsiqə qazanıb.
İdman.biz