"Əl-Hilal"dan braziliyalı üçün 100 milyonluq təklif

Xəbərlər
23 Aprel 2025 21:07
109
"Əl-Hilal"dan braziliyalı üçün 100 milyonluq təklif

"Əl-Hilal" "Barselona"nın cinah hücumçusu Rafinyaya 100 milyon avro ödəməyə hazırdır.

İdman.biz xəbər verir ki, bu barədə məlumat İspaniya mətbuatında məlumat yer alıb.

Yayılan informasiyada səudiyyəlilərin Barselonaya səfər etdiyi və braziliyalı ilə yanaşı bir neçə futbolçunun transferi ilə bağlı danışıqlar apardıqları bildirilib. Onlar Rafinyanın keçidi üçün bütün vasitələrdən istifadə edəcəyi gözlənilir. Futbolçunun özünə 50 milyon maaş təklif edilib.

Qeyd edək ki, "Barsa"nın idman direktoru Deku futbolçunun komandadad qalmasının tərəfdarı olduqlarını bir neçə də açıqlayıb. 28 yaşlı hücumçu bu mövsümdə 30 qol və 21 ötürmə yadda qalıb.

İdman.biz