Futbol üzrə İtaliya kubokunda ilk finalçı bəlli olub.
İdman.biz xəbər verir ki, "Milan" həlledici oyuna vəsiqə qazanıb.
Şəhərin eynadlı klubu "Derbi della Madonnina"da "İnter"dən güclü olub. Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşündə isə Luka Yoviç iki, Tijani Reynders isə bir dəfə fərqlənərək, "Milan"a inamlı qələbə qazandırıblar.
Qeyd edək ki, turnirin digər yarımfinal cütündə "Bolonya" - "Empoli" (3:0) görüşü keçiriləcək.
İtaliya kuboku
Yarımfinal, cavab oyunu
23 aprel
23:00. "İnter" - "Milan" - 0:3
İlk oyun - 1:1
İdman.biz