Ulduz futbolçu növbəti dəfə boşanıb

Xəbərlər
24 Aprel 2025 20:37
129
Ulduz futbolçu növbəti dəfə boşanıb

"Barselona" və İspaniyanın yığmasının keçmiş futbolçusu Jerar Poke sevgilisi Klara Çiadan ayrılıb.

İdman.biz xəbər verir ki, cütlük təxminən 3 il birlikdə yaşayıb.

İspaniya mətbuatının yazdığına görə, onların boşanmasına səbəb Pikenin yeni sevgili ilə mübasibətdə olmasıdır. Veteran futbolçu bir neçə ay əvvəl Mayamidə başqa bir xanımla görüntülənib. Amma boşanmanın əsas səbəbləri barədə tam məlumat verilməyib.

Qeyd edək ki, Pike Çiadan əvvəl uzun illər tanınmış müğənni Şakira ilə evli olub. 12 ilk birlikdə yaşayan cütlüyün iki oğlu var.

İdman.biz