Futbolçu kimi dünya və Avropa çempionu Tyerri Anri məşqçilik fəaliyyətini bərpa edə bilər.
İdman.biz xəbər verir ki, Fransa mətbuatı onun "Leypsiq"ə başçılıq edə biləcəyini yazıb.
"Red Bull" layihəsinə daxil olan alman klubunun Anri ilə ilkin danışıqlar apardığı bildirilib. Şirkətin qlobal direktoru Yurgen Kloppun bu variantı təsdiqlədiyi vurğulanıb.
Qeyd edək ki, "Leypsiq" martın 30-da Marko Roze ilə yolların ayırıb. Anri baş məşqçi "Monako", "Monreal İmpakt" və Fransanın U-21 və Olimpiya yığmasında fəaliyyət göstərib.
İdman.biz