Leroy Sane "Bavariya" ilə yeni müqavilə imzalayacaq.
İdman.biz xəbər verir ki, tərəflər arasındakı danışıqlar uğurla yekunlaşıb.
29 yaşlı cinah müdafiəçisi Münhen klubu ilə 2028-ci ilin yayına kimi razılaşma əldə edib. Yeni müqavilənin şərtlərinə görə Sane 10 milyon avro maaş və 5 milyon avro bobus qazanacaq.
Qeyd edək ki, Leroy 2020-ci ildən "Bavariya"da çıxış edir. O, bu mövsümdə bütün turnirlərdə 41 oyunda 11 qol vurub, 5 dəfə ötürmə verib.
İdman.biz