İtaliya kubokunda "Bolonya" - "Milan" finalı

Xəbərlər
25 Aprel 2025 01:02
193
İtaliya kubokunda "Bolonya" - "Milan" finalı

Futbol üzrə İtaliya kubokunda ikinci finalçı da müəyyənləşib.

İdman.biz xəbər verir ki, "Bolonya" cavab matçında "Empoli" ilə qarşılaşıb.

Səfərdə 3:0 hesabı ilə qalib gələn bolonyalılar bu dəfə üstün olublar. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə bitib.

Qeyd edək ki, finalda "Bolonya" - "Milan" matçı təşkil olunacaq. Oyun mayın 14-də Romanın "Olimpiko" stadionunda keçiriləcək.

İtaliya kuboku
Yarımfinal, cavab oyunu

24 aprel
23:00. "Bolonya" - "Empoli" - 2:1

İlk oyun - 3:0

İdman.biz