PSJ-nin gənc ulduzu "Mançester Siti"nin hədəfində

Xəbərlər
25 Aprel 2025 22:51
74
PSJ-nin gənc ulduzu "Mançester Siti"nin hədəfində

PSJ-nin futbolçusu Dezire Due “Mançester Siti”nin maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, 19 yaşlı cinah hücumçusunun qiyməti 100 milyon avro dəyərləndirilir.

İngiltərə mətbuatı parislilərin Dueni satmaq niyyətində olmadığını yazıb. Əks halda onlar bu transferə görə ən azı 100 milyon tələb edəcəklər.

Qeyd edək ki, bu mövsümdə Due PSJ-nin heyətində 46 oyunda 13 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komanda ilə 2029-cu ilin yayına kimi müqaviləsi var.

İdman.biz