"Real" İspaniya kubokunun finalından imtina edir - Hakim qalmaqalı

Xəbərlər
26 Aprel 2025 00:29
271
"Real" İspaniya kubokunun finalından imtina edir - Hakim qalmaqalı

"Real" İspaniya kubokunun final matçında iştirak etməyə bilər.

İdman.biz xəbər ki, sabah “Barselona” ilə keçirilməli olan qarşılaşmadan əvvəl hakimlərlə bağlı qalmaqal yaşanıb.

İspaniyanın məşhur idman proqramı "El Chiringuito" matçın hakim heyətinin açıqlamalarının gərgin vəziyyət yaratdığını yazıb. Təsadüfi deyil ki, Madrid klubunun hüquqşünasları rəsmi üzr tələb edən bəyanat üzərində işlədikləri bildirilib. Hətta "Real"ın sabahkı oyuna çıxmaqdan imtina etməsi də gündəmə gəlib. Klub daxili müzakirələrdən sonra bu barədə yekun qərar veriləcək.

Hər şey "Real"ın televiziya kanalının final matçının baş hakimi Rikardo de Burqos Benqoetxea və VAR hakimi Pablo Qonsales Fuertes tənqid edək verilişlər yaymasında sonra başlayıb. Onların əvvəlki oyunlardakı səhvləri qabaqdılıb və onların təyinatı ədalətsiz hesab olunub. Rikardo de Burqos mətbuat konfransında göz yaşları içində haqqında yayılan xəbərlərə münasibət bildirib. O, ailə üzvlərinin ciddi təhlükə altına düşdüyünü deyib.

Qeyd edək ki, İspaniya mətbuatı finalda "Real"ı əvəz edə biləcək komandanın adını da yazıb. Əgər Madrid klubu imtina edərsə, "Barselona"nın həlledici oyundakı rəqibi "Real Sosyedad" olacaq.