"Real"dan açıqlama: Finaldan imtina olunmayacaq

Xəbərlər
26 Aprel 2025 01:52
220
"Real"dan açıqlama: Finaldan imtina olunmayacaq

"Real" İspaniya kubokunun finalından imtina etməyəcək.

İdman.biz xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Madridlilər bu gün "Barselona" ilə keçiriləcək final oyununa təyin olunan hakimlərə qarşı etiraz etmişdilər. Hətta İspaniya mətbuatı komandanın matça çıxmaqdan imtina edə biləcəyi ehtimalını irəli sürülmüşdü. Amma "Real"dan verilən açıqlamada imtina ilə bağlı hər hansı fikrin ortaya çıxmadığı bildirilib.

Qeyd edək ki, Sevilyada təşkil olunacaq "Barselona" - "Real" matçı saat 00:00-da start götürəcək.

İdman.biz